15:27 - 2.07.2021
2 iyul, Fineko/abc.az. Əminəm ki, qeyri-adi hal baş verməsə, bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik.
ABC.AZ xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı "PROACT-Care" layihəsi çərçivəsində Şamaxıda səyyar klinikaların təhvil-təslim mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda vaksinasiya prosesi sürətlə davam edir və vaksinlər əhali üçün əlçatandır:
"Ölkəyə vaksinasiya çərçivəsində xeyli vaksin gətiriləcək. Bundan sonra elmi statistik məlumatlar əsasında hansı vaksinlərə ehtiyac yaranacaqsa, hansı uyğun olacaqsa, ehtiyatlarımızı daim yeniləcəyik”.
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026