16:54 - 1.07.2021
1 iyul, Fineko/abc.az. Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd olunub ki, Azərbaycanda son sutkada koronavirus əleyhinə 85 889 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 063 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 256 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 340 292 təşkil edir.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026