Uşaqlara vaksin vurulmalıdırmı? - TƏBİB-dən açıqlama

16:24 - 25.06.2021


25 iyun, Fineko/abc.az. Hazırda ölkədə qəbul olunmuş strategiyaya uyğun olaraq yalnız 18 yaş üzəri vətəndaşlara vaksin vurulması tövsiyə edilir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.

Həkim-infeksionist bildirib ki, hazırda mütəxəssislər uşaqlara vaksinin vurulması üçün müzakirə aparır: “Müsbət qərar olarsa bu barədə ictimaiyyətə açıqlama veriləcək”.