16:49 - 10.06.2021
10 iyun, Fineko/abc.az. Azərbaycanda bu gün 37 162 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 670, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 492 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 662 38-dir. Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 712 118, ikinci mərhələ üzrə isə 949 920 nəfər təşkil edir.
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026