17:13 - 3.06.2021
3 iyun, Fineko/abc.az. İyunun 3-də Azərbaycanda koronavirus infeksiyası əleyhinə 50 988 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, bu gün birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə isə 5769 nəfər olub.
İndiyə qədər ölkə ərazisində vurulan vaksin dozalarının ümumi sayı 2 418 082-dir.
Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 497 993, ikinci mərhələ üzrə 920 089 nəfər təşkil edir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026