15:47 - 3.06.2021
3 iyun, Fineko/abc.az. COVID-19-la əlaqəli immunitet sertifikatını kağız formasında almağa ehtiyac yoxdur.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə İşçi qrupunun üzvü Günay Quluzadə deyib.
Nazirlik rəsmisi bildirib ki, mobil tətbiq vasitəsilə sertifikatı elektron şəkildə yükləmək yetərlidir.