Ərəb şirkəti ölkəmizdə fəaliyyət göstərən BOKT-dakı payını artırdı

14:16 - 1.06.2021


1 iyun, Fineko/abc.az. “PSG Finans” Bank Olmayan Kredit Təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsü dəyişib.

Təşkilatdan ABC.AZ-a daxil olan məlumata görə, payların dəyişməsi bu ilin fevral ayında nizamnamə kapitalının artırılması ilə əlaqədardır.

Belə ki, “PSG Finans” BOKT MMC-nin nizamnamə kapitalı 2 milyon 550 min manat artırılaraq 6 milyon 800 min manata çatdırılıb. Nəticədə MMC-nin təsisçilərindən Məmmədov Faiq Ağababa oğlunun payı  20%-dən 12,5%-ə, “Çaparxana Kəndli Fermer Təsərrüfatı” MMC-nin payı 20%-dən 12,5%-ə və Birləşmiş Ərəb Əmirliklərinin "Practical Solutions Middle East FZ-LLC" şirkətinin payı 60%-dən 75%-ə yüksəlib.