16:59 - 20.05.2021
20 may, Fineko/abc.az. Bir gün ərzində Azərbaycanda koronavirusa 437 yoluxma halları aşkarlanıb. Ötən gün 339 yoluxma halları barədə xəbər verilmişdir.
ABC.AZ xəbər verir ki, bir gün ərzində 893 nəfər sağalaraq evə yazılıb. COVİD-19-dan sağalanların ümumi sayı 318 502-ə çatdı.
Son sutka ərzində 14 nəfər koronavirusdan dünyasını dəyişib. Azərbaycanda COVİD-19 diaqnozu ilə vəfat edənlərin ümumi sayı 4828-ə çatıb.