11:35 - 20.05.2021
20 may, Fineko/abc.az. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də “Günə birlikdə başlayaq” verilişində qonaq olarkən maraqlı açıqlamalar verib.
ABC.AZ-ın məlumatına görə, o, açıq havada maskadan istifadə qadağasının yaxın günlərdə ləğv oluna biləcəyini açıqlayıb.
TƏBİB rəsmisi bildirib ki, hazırda bu məsələyə baxılır və bununla bağlı qərarlar elan olunacaq.