16:57 - 19.05.2021
19 may, Fineko/abc.az. Bu gün Azərbaycanda koronavirus əleyhinə 28 min 635 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, birinci mərhələdə peyvənd olunanların sayı 11 633, ikinci mərhələ üzrə 17 002 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 863 292, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 054 414, ikinci mərhələ üzrə isə 808 878 nəfər təşkil edir.
8 Avqust 2026
8 Avqust 2026