15:17 - 28.04.2021
28 aprel, Fineko/abc.az. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov işdən çıxarılıb.
ABC.AZ-ın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı müvafiq əmr imzalayıb.
TƏBİB-dən bildirilib ki, onun yerinə Yevlax Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin direktoru Azər İsmayılov təyin olunub.
Telman İbadov isə həmin xəstəxananın direktor müavini vəzifəsinə keçirilib.
3 Avqust 2026
4 Avqust 2026