Prezident Oqtay Şirəliyevi işdən çıxardı – Sərəncam

16:51 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev Oqtay Şirəliyevi işdən çıxarıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısının Sərəncamına əsasən, Oqtay Kazım oğlu Şirəliyev səhiyyə naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, 71 yaşlı eks-nazir 2005-ci ildən səhiyyə naziri olub.