15:56 - 23.04.2021
23 aprel, Fineko/abc.az. Polilklinikalarda çalışan orta tibb işçisinin sabit əlavələri 80 manat, kiçik tibb işçisi üçün isə 40 manat məbləğində olacaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə deyib.
O qeyd edib ki, poliklinikalarda çalışan həkimlər bonus alacaq:
“Çünki onlar əhaliyə birbaşa xidmət göstərir və buna uyğun olaraq da bonus alacaqlar. Əgər hər hansı poliklinikada Ailə Sağlamlıq Mərkəzi (ASM) formalaşacaqsa, o zaman orada çalışanlar da əlavələr alacaqlar. ASM-də rəhbər vəzifədə işləyən həkimlər 480 manat məbləğində əlavə alırlar”.