11:19 - 19.04.2021
19 aprel, Fineko/abc.az. Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma 54.2 faizlə yenə də Bakıda qeydə alınıb.
ABC.AZ-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, Abşeronda yoluxma 12.8 faiz, Aranda 12.0 faiz, Gəncə-Qazaxda 7.5 faiz, Şəki-Zaqatalada 4.0 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.3 faiz və Naxçıvanda yoluxma 0.04 faiz təşkil edir.
Ölkəxarici yoluxma isə 0.3 faizdir.
Müəllif: Elmir Murad