11:55 - 16.04.2021
16 aprel, Fineko/abc.az. Yeni növ koronavirus (Covid-19) peyvəndlərini vurduran şəxslər ən gec 12 ay ərzində üçüncü doza peyvənd vurdurmalı olacaqlar.
ABC.AZ xəbər verir ki, bunu ABŞ-ın əczaçılıq şirkəti Pfizer açıqlayıb.
"Ola biləcək bir ssenariyə görə, 6 ilə 12 ay arasında üçüncü bir dozaya ehtiyac olacaq və insanların hər il yenidən peyvənd olmaları lazım olacaq. Yeni virus növlərinin görülməsi bu qərarı qəbul etməkdə əhəmiyyətli bir rol oynayacaq", - deyə şirkətdən bildirilib.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026