11:31 - 9.04.2021
9 aprel, Fineko/abc.az. Covid-19 peyvəndlərinin 40%-i dünya əhalisinin 11%-i yaşayan 27 ən zəngin ölkədə tətbiq olunub.
ABC.AZ-ın məlumatına görə, dünya əhalisinin ən kasıb 11%-nin yaşadığı ölkələrdə isə peyvəndlərin 1,6%-i tətbiq edilib.
Ən yüksək gəlirə sahib ölkələr ən aşağı gəlirə sahib ölkələrdən 25 dəfə daha sürətli peyvəndlənir.
Dünya əhalisinin 4,3%-nə sahib ABŞ, qlobal peyvəndləmənin 24%-ni reallaşdırıb.
Dünya əhalisinin 18%-inə sahib Çinin qlobal peyvəndləmədəki payı isə 20% səviyyəsindədir.