Qızıl ucuzlaşmağa davam edir – Birja

10:08 - 31.03.2021


31 mart, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,50 ABŞ dolları ucuzlaşaraq 1 679,50 dollara ticarət olunub.

Gümüşün unsiyasının qiyməti isə 0,26 dollar azalaraq 23,88 dollara satılıb.