16:27 - 19.03.2021
19 mart, Fineko/abc.az. Britaniya ştammı da COVİD-19 virusunun mutasiya etmiş halıdır.
Bu ştamm daha sürətlə yayılır, bəzi ölkələr də qabaqlayıcı tədbir olaraq qapanmalara gedirlər.
ABC.AZ-ın məlumatına görə, bunu brifinqdə TƏBİB-in department müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, virusun mutasiyaya uğraması təbii prosesdir.
"Ümumdünya Səhiyyə Təşkilatı Britaniya ştammı ilə bağlı sadəcə və sadəcə profilaktik tədbirləri gücləndirməyi tövsiyə edir” deyə Y.Qarayeva qeyd edib.