12:01 - 18.03.2021
18 mart, Fineko/abc.az. Azərbaycanda əhali arasında COVİD-19-a qarşı kütləvi immunitetin yaranması üçün əhalinin ən azından üçdə ikisinin orqanizmində antitel yaranmalıdır. Biz bu baxımdan peyvəndləmə prosesini sürətləndirməliyik.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O, insanlara virusdan qorunmaq üçün zamanında peyvənd olunması ilə bağlı çağırış da edib:
“Vaksinlə bağlı problemlər hər zaman yaranıb. Yeni doğulmuş uşağına vaksin vurdurmayan o qədər ailə var ki! Hər zaman vaksinin iflicə səbəb olacağı, başqa yan təsirlərin ola biləcəyi düşüncəsi ilə peyvənddən uzaq duran insanlar olub. Amma vaksinin faydaları onun yan təsirlərindən dəfələrlə çoxdur”.
8 Avqust 2026
8 Avqust 2026