12:03 - 10.03.2021
10 mart, Fineko/abc.az. Azərbaycanda ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, 52,5%-lə ən yüksək yoluxma Bakı şəhərində qeydə alınıb.
Yoluxmanın çoxluğuna görə digər rayonların statistijası belədir. Aran rayonlarında yoluxma 13,1%, Abşeronda 12,9%, Gəncə-Qazax bölgəsində 8,1%, Şəki-Zaqatalada 3,3%, Quba-Xaçmazda 3%, Lənkəranda 2,8%, Dağlıq Şirvanda 2,5%, Yuxarı Qarabağda 1,4%, Naxçıvanda 0,4% təşkil edir. Ölkəxarici yoluxma isə 0,4%-dir.
Yoluxanların cinsə görə bölgüsündə qadınlar 51%, kişilər isə 49% təşkil edir.
8 Avqust 2026
8 Avqust 2026