Valyuta hərracında AMB banklara $41,9 mln. satıb

12:39 - 9.03.2021


9 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, hərracda tələb 41,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

“Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - deyə məlumatda qedy edilir.