12:03 - 23.02.2021
23 fevral, Fineko/abc.az. Fevral ayının 23-ü üçün 200 mindən artıq vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib.
ABC.AZ xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.
Strategiyaya əsasən hazırkı mərhələdə 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir:
“Vətəndaşlarımızı vaksinasiya prosesində aktiv iştirak etməyə çağırırıq. Xüsusən yaşı 50-dən yuxarı olan şəkərli diabet xəstələrini COVID-19 virusuna qarşı vaksinasiyaya dəvət edirik”.
8 Avqust 2026
8 Avqust 2026