11:32 - 10.02.2021
10 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 544 yeni yoluxma qeydə alınıb.
ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 5 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3311 nəfər həyatını itirib. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 469 nəfər sağalıb.
Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 263.601 nəfərə çatıb. Onlardan 255.385 nəfəri isə tam olaraq sağalıb.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026