Bu il illik inflyasiyanın 4% olacağı gözlənilir – Elman Rüstəmov

15:37 - 29.01.2021


29 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın sədri Elman Rüstəmov onlayn mətbuat konfransı keçirib.

ABC.AZ-ın məlumatına görə, E.Rüstəmov bəzi məsələlərə aydınlıq gətirib.

O qeyd edib ki, Mərkəzi Bankın yenilənmiş proqnozuna görə, 2021-ci ilin sonunda illik inflyasiyanın 4% olacağı nəzərdə tutulur.

Onun sözlərinə görə, 2021-ci ildə məcmu tələbin artacağı proqnozları inflyasiyanı yüksəldə bilər. 

"2021-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması təşkil edəcəkdir" deyə Baş Bankir vurğulayıb.

Müəllif: Elmir Murad