15:21 - 29.01.2021
29 yanvar, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 6.25%-də dəyişməz saxlanılması haqqında qərar qəbul edib.
ABC.AZ-ın məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüsəmov bildirib.
O qeyd edib ki, faiz dəhlizinin aşağı həddi 5.75%, faiz dəhlizinin yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.
Mərkəzi Bankın sədri qeyd edib ki, 2021-ci ildə iqtisadi artımın bərpa edilməsi, məcmu tələbin artması inflyasiyanı yüksəldə bilər. Mərkəzi Bankın yenilənmiş proqnozuna görə, 2021-ci ilin sonunda illik inflyasiyanın 4% olacağı nəzərdə tutulur.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026