Gürcüstanda yoluxanların sayı azalıb? - Statistika

11:49 - 28.01.2021


28 yanvar, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda 723 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 19 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3127 nəfər həyatını itirib.

Son sutkada mövcud virusdan müalicə alan pasiyentlərdən isə 932 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 256.287 nəfərə çatıb.

Onlardan 246459 nəfəri isə tam olaraq sağalıb.