12:17 - 25.01.2021
25 yanvar, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda 298 yeni yoluxma qeydə alınıb.
ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 16 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3071 nəfər həyatını itirib.
Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1311 nəfər sağalıb.
Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 253.816 nəfərə çatıb.
Onlardan 243.396 nəfəri isə tam olaraq sağalıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026