16:18 - 19.01.2021
19 yanvar, Fineko/abc.az. Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris bu gün bir sıra ölkələrdə aparılan peyvəndləmə ilə bağlı brifinq keçirib.
ABC.AZ-ın məlumatına görə, ÜST sözçüsü peyvəndlərin kollektiv immuniteti inkişaf etdirməsinin bir neçə ay çəkəcəyini söyləyib.
O həmçinin qeyd edib ki, peyvəndlərin yoluxmaların yayılmasının qarşısını nə vaxt alacağı hələ ki, məlum deyil:
“Peyvəndlər kömək edəcək, ancaq dərhal yox. Virusa qarşı kütləvi immunitet səviyyəsinin formalaşması aylar çəkəcək. Peyvəndlərin virusun yayılmasını nə zaman dayandıracağını da bilmirik. Yalnız peyvəndlərin xəstəliyi dayandıracağını bilirik”.
8 Avqust 2026
8 Avqust 2026