10:18 - 18.01.2021
18 yanvar, Fineko/abc.az. Azərbaycanda bu gündən koronavirusa qarşı vaksinasiyaya başlanılır.
ABC.AZ xəbər verir ki, bunun üçün Azərbaycana 4 milyon doza “Sinovac” peyvəndinin gətirilməsi nəzərdə tutulub.
Vaksinasiya iki mərhələ üzrə aparılacaq.
Birinci mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026