14:02 - 5.01.2021
5 yanvar, Fineko/abc.az. “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin dekabr ayı üçün əmək haqlarına müddətli əlavələr ödənilib.
Bu barədə ABC.AZ-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib.
Həmin işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.