17:15 - 29.12.2020
29 dekabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb.
ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Qeyd olunub ki, 4209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 37 nəfər “COVID-19”dan vəfat edib.