14:30 - 28.12.2020
28 dekabr, Fineko/abc.az. Azərbaycanda koronavirusa yoluxma halları üzrə statistika açıqlanıb.
ABC.AZ-ın məlumatına görə, ən yüksək göstərici paytaxtda qeydə alınıb.
Belə ki, Bakı üzrə yoluxma faizi 52.0 faiz təşkil edir.
Bakıdan sonrakı yoluxma sayında yüksək göstərici Aran bölgəsinə aiddir. Bu ərazidə yoluxma 13.5 faizdir. Abşeronda 12.8 faiz, Gəncə-Qazaxda 8.3 faiz, Quba-Xaçmazda 3.1 faiz, Lənkəranda 2.9 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faiz, Naxçıvan Muxtar Respublikasında 0.05 faiz təşkil edir.
Ölkə xarici yoluxma isə 0.4 faizdir.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026