Gürcüstanda yoluxanların sayı azaldı – 37 nəfər öldü

16:35 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 1 881 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 37 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2313 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 1 515 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 218.724 nəfərə çatıb.

Onlardan 196.220 nəfəri isə tam olaraq sağalıb.