17:32 - 24.12.2020
24 dekabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb.
ABC.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər.
Son sutkada 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Son 24 saat ərzində 40 nəfər “COVID-19”dan vəfat edib.