14:12 - 22.12.2020
22 dekabr, Fineko/abc.az. Gürcüstanda bu günə olan yoluxma sayında ötən günlə müqayisədə yenidən artım müşahidə olunub.
ABC.AZ-ın məlumatına görə, son 24 saat ərzində ölkə üzrə 3 064 yeni yoluxma qeydə alınıb.
Bu gün virusdan 42 nəfərin ölməsi ilə bərabər ümumilikdə 2182 nəfər həyatını itirib.
Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 740 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 212.526 nəfərə çatıb. Onlardan 188.408 nəfəri isə tam olaraq sağalıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026