15:18 - 16.12.2020
16 dekabr, Fineko/abc.az. Gürcüstanda yoluxma sayında ötən günlərlə müqayisədə yenidən qismən artım müşahidə olunub.
ABC.AZ-ın məlumatına görə, son 24 saat ərzində Gürcüstanda 3 487 yeni yoluxma qeydə alınıb.
Bu gün virusdan 39 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 922 nəfər həyatını itirib. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 495 nəfər sağalıb.
Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 198.387 nəfərə çatıb.
Onlardan 167.281 nəfəri isə tam olaraq sağalıb.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026