Maska taxılması ilə bağlı yeni açıqlama

17:09 - 15.12.2020


15 dekabr, Fineko/abc.az. Maskalardan istifadəni əhalinin böyük kütlələri vaksinasiya olunana qədər davam etdirməliyik.

ABC.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, xüsusilə bilmək lazımdır ki, immunitet əksər vaksinlərdə iki dozalıdır.

"Ətrafdakıları qorumaq üçün və əhali kütlələrinin vaksinasiyası başa çatana qədər təəssüf ki, maska taxmalıyıq” deyə R. Bayranlı bildirib.