15:32 - 15.12.2020
15 dekabr, Fineko/abc.az. Hazırda Operativ Qərərgahda brifinq keçirilir.
ABC.AZ xəbər verir ki, brifinqdə TƏBİB sədri Ramin Bayramlı bir sıra məqamlara toxunub.
O qeyd edib ki, qrip əleyhinə vaksinasiya COVID-19 üçün rol oynaya bilməz.
O, vaksinlərin COVID-19-a necə təsir edəcəyini nəzəri olaraq izah edib: “Vaksinlər öldürülmüş və ya zəiflədilmiş mikroorqanizmlər və yaxud da onların ifraz etdiyi bəzi antigen maddələrdir. Vaksinasiya prosesinin əsas prinsipi müəyyən infeksion törədiciyə qarşı immun cavabın yaranmasıdır. Qrip əleyhinə vaksinasiya COVID-19 üçün rol oynaya bilməz. Hepatit əleyhinə peyvənd qripə təsir edə bilmir”.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026