12:28 - 10.12.2020
10 dekabr, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 4 570 yeni yoluxma qeydə alınıb.
ABC.AZ-ın məlumatına görə, son sutkada virusdan 43 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 657 nəfər həyatını itirib.
Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3 045 nəfər sağalıb.
Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 178.953 nəfərə çatıb.
Onlardan 148.332 nəfəri isə tam olaraq sağalıb.