11:54 - 4.12.2020
4 dekabr, Fıneko/abc.az. Gürcüstanda son sutkada daha 5 068 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib.
ABC.AZ-ın məlumatına görə, son sutkada 2 336 nəfər sağalıb, 38 pasiyent isə vəfat edib. Hazırkı dövrədək qonşu ölkə üzrə "COVID-19"a 152 704 yoluxma halı təsdiqlənib.
Yoluxanların 126 904-ü sağalıb, 1 425-i isə dünyasını dəyişib.
Müəllif: Elmir Murad