11:42 - 2.12.2020
2 dekabr, Fineko/abc.az. Gürcüstanda koronavirusa yoluxanların sayı durmadan artır.
ABC.AZ xəbər verir ki, son 24 saat ərzində Gürcüstanda 4 033 yeni yoluxma qeydə alınıb.
Bu gün virusdan 39 nəfərin ölməsi ilə bərabər ümumilikdə 1 342 nəfər həyatını itirib.
Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 4 061 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı, 143.376 nəfərə çatıb.
Onlardan 121.621 nəfəri isə tam olaraq sağalıb.