10:17 - 25.11.2020
25 noyabr, Fineko/abc.az. Gürcüstanda hökumətin əldə edəcəyi koronavirusa qarşı peyvənd əhali üçün ödənişsiz olacaq.
ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı peyvəndi təsdiqləyəndən sonra preparat Gürcüstan üçün əlçatan olacaq.
Mərkəz rəhbəri preparatın Gürcüstana nə zaman çatdırılacağı ilə bağlı dəqiq tarixin hələ məlum olmadığını deyib.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026