11:43 - 18.11.2020
18 noyabr, Fineko/abc.az. Siyasi çalxalanma və etirazların bürüdüyü Ermənistanda koronavirus da sürətlə yayılır.
ABC.AZ-ın məlumatına görə, son sutkada daha 1589 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.
Son 24 saat ərzində daha 28 nəfərin vəfatı ilə virusdan ölənlərin sayı 1 839-a çatıb.
Yoluxanların ümumi sayı isə 120 min 459 nəfərə çatıb. Onlardan 80 min 69-u sağalıb.
Ölkədə 38 min 82 aktiv koronavirus xəstəsi var.