16:51 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, son sutkada 18 nəfər COVID-19-dan vəfat edib.
Bununla yanaşı 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Qeyd edək ki, dünən bazar günü olduğu üçün test sayı azalaraq 7137 olub.
5 Avqust 2026
5 Avqust 2026