11:33 - 16.11.2020
16 noyabr, Fineko/abc.az. Gürcüstanda koronavirus sürətlə yayılmaqda davam edir.
ABC.AZ xəbər verir ki, son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında yeni bir rekord yaşanıb.
Belə ki, son 24 saatda 3 157 nəfərin koronaya yoluxduğu aşkarlanıb. Bununla da, ölkədə koronavirusa yoluxma halı 82 min 835-ə çatıb. Bir gündə 30 nəfər isə xəstəlikdən vəfat edib. Bununla da ölüm sayı 733-ə çatıb.