15:23 - 13.11.2020
13 noyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən rekord sayda artım olub.
ABC.AZ xəbər verir ki, son 24 saat ərzində ölkə üzrə 3 473 yeni yoluxma qeydə alınıb.
Virusdan ölənlər isə 37 nəfər olub.
Bununla da virusdan ölənlərin sayı ümumilikdə 636 nəfərə çatıb. Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 3342 nəfər sağalıb.
Müəllif: Elmir Murad