11:54 - 12.11.2020
12 noyabr, Fineko/abc.az. Gürcüstanda virusa yoluxanların sayında yenidən rekord sayda artım olub.
ABC.AZ xəbər verir ki, son 24 saat ərzində qonşu ölkədə 3 120 yeni yoluxma qeydə alınıb. 33 nəfər isə virusdan həyatını itirib.
Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 2 358 nəfər sağalıb.
Beləliklə bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 69.681 nəfərə çatıb.