17:12 - 6.11.2020
6 noyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 1465 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 805 nəfər də müalicə olunaraq sağalıb və evə buraxılıb.
Son sutkada 17 nəfər isə COVID-19-dan vəfat edib.