11:13 - 30.10.2020
30 oktyabr, Fineko/abc.az. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
ABC.AZ koronavirusinfo.az saytına istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
Belə ki, Binəqədidə koronavirusa yoluxma 14.6%, Xətaidə 12.7%, Yasamalda 11.6%, Sabunçuda 11.5%, Nəsimidə 8.6%, Nərimanovda 8.0%, Suraxanıda 8.0%, Nizamidə 7.2%, Qaradağda 6.7%, Xəzərdə 5.9%, Səbaildə 4.8%, Pirallahıda 0.3% təşkil edib.
Müəllif: Elmir Murad
3 Avqust 2026
1 Avqust 2026