15:20 - 23.10.2020
23 oktyabr, Fineko/abc.az. Azərbaycanda koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, 212 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. Qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 48221 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 40831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib, aktiv xəstə sayı 6734 nəfərdir.